Menyu

Azərbaycan və Mikroneziya arasında diplomatik münasibətlər qurulub

Operativ Media
Azərbaycan və Mikroneziya arasında diplomatik münasibətlər qurulub

1 iyun 2026-cı il tarixində Azərbaycan Respublikası və Mikroneziya Federativ Ştatları arasında diplomatik əlaqələr təsis edilib.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

İki dövlət arasında diplomatik münasibətlərin qurulması ilə bağlı Birgə Kommünike Nyu-York şəhərində Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Tofiq Musayev və Mikroneziya Federativ Ştatlarının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Cim Lipve tərəfindən imzalanıb.

Birgə Kommünikedə Azərbaycan Respublikası və Mikroneziya Federativ Ştatları, habelə xalqları arasında qarşılıqlı anlaşma və əməkdaşlığın təşviq olunması niyyəti ifadə olunur.

Sənəddə həmçinin hər iki dövlətin hökumətlərinin diplomatik əlaqələrin qurulmasında BMT Nizamnaməsini və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərini, xüsusən də dövlətlərin suverenliyi və ərazi bütövlüyü və onların daxili işlərinə qarışmamaq prinsipini əsas tutduqları vurğulanır.

Birgə Kommünikenin BMT sənədi kimi yayılması məqsədilə BMT Baş katibinə müvafiq məktub ünvanlanıb.

Əlaqəli Xəbərlər