Menyu

OPEC+ iyul ayından etibarən neft hasilatını gündə 188 min barel artıra bilər

Operativ Media
OPEC+ iyul ayından etibarən neft hasilatını gündə 188 min barel artıra bilər

Könüllü neft hasilatının azaldılması sazişində iştirak edən OPEC+ ölkələri iyul ayından etibarən istehsal kvotalarını gündə 188 min barel artıra bilər.

Operativ Media xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilib ki, qərar iyunun 7-də keçirilməsi planlaşdırılan yeddi OPEC+ ölkəsinin nümayəndələrinin görüşündə verilə bilər. Bunlar Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Küveyt, Əlcəzair, Qazaxıstan və Omandır.

Məlumata görə, qərar təsdiqlənərsə, artım iyun ayında gündə 188 min barel təşkil edən düzəliş səviyyəsində qalacaq. Bu artım 2023-cü ildə tətbiq edilən könüllü hasilatın azaldılmasının tədricən aradan qaldırılmasının bir hissəsidir.

Əlaqəli Xəbərlər