ABŞ daha bir neçə ölkədə nüvə silahı yerləşdirməyi planlaşdırır
Operativ Media
ABŞ nüvə silahlarını daha bir neçə Avropa ölkəsində yerləşdirmək üçün danışıqlar aparır.
Operativ Media xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.
Bildirilib ki, ABŞ nüvə silahı daşıya bilən təyyarələrdən danışır. Hazırda bu cür təyyarələr altı ölkədə yerləşdirilib. Polşa və Baltikyanı ölkələr də daxil olmaqla, Rusiyanın sərhədlərinə daha yaxın olan NATO üzvləri öz ərazilərində bombardmançı təyyarələr yerləşdirməkdə maraqlıdırlar.
Amerikanın nüvə silahı daşıya bilən ikili məqsədli təyyarələri hazırda Belçika , Birləşmiş Krallıq, Almaniya, İtaliya, Hollandiya və Türkiyədə yerləşir.