Menyu

Ərdoğan Niderlandın Baş naziri ilə telefon danışığı aparıb

Operativ Media
Ərdoğan Niderlandın Baş naziri ilə telefon danışığı aparıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Niderlandın Baş naziri Rob Yetten ilə telefon danışığı aparıb.

Operativ Media xəbər verir ki, liderlər Türkiyə-Niderland ikitərəfli münasibətlərini, həmçinin regional və qlobal məsələləri müzakirə ediblər.

Prezident Ərdoğan görüş zamanı Rob Yetteni yeni vəzifəsi münasibətilə təbrik edərək, Niderlandla yeni dövrdə də dialoq və əməkdaşlığı gücləndirməyi hədəflədiklərini bildirib.

Ərdoğan vurğulayıb ki, Türkiyə regiondakı münaqişələrin sona çatdırılması istiqamətində intensiv fəaliyyət göstərir.

"Geosiyasi inkişaf Türkiyə-Avropa İttifaqı münasibətlərinin daha əhatəli, institusional və çoxşaxəli tərəfdaşlıq çərçivəsində nəzərdən keçirilməsinin vacibliyini ortaya qoyur" - Ərdoğan qeyd edib.

Prezident Qəzza və İordan çayının qərb sahilində baş verən hadisələrə də diqqət çəkərək, bölgədə davamlı sülhün təmin olunmasına yönəlmiş səylərə Niderlandın dəstəyinin mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər