Menyu

Rusiya Britaniya vətəndaşlarına qarşı sanksiyalar tətbiq edib

Operativ Media
Rusiya Britaniya vətəndaşlarına qarşı sanksiyalar tətbiq edib

Rusiya Böyük Britaniyanın 5 jurnalist və siyasi ekspertinə qarşı sanksiyalar tətbiq edib.

Operativ Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

"Bu addım Britaniya rəsmilərinin təxribatçı anti-Rusiya ritorikası və Londonun Kiyev rejimini silahlandırmasına cavab olaraq atılıb. Sanksiyaya məruz qalanlar arasında Ukraynada humanitar layihələrin həyata keçirilməsi bəhanəsi ilə neonasist rejimi üçün işçi heyətinin formalaşmasında iştirak edən Britaniya təhlükəsizlik şirkətlərinin rəhbərləri də var" - deyə, Rusiya XİN-in məlumatında qeyd olunur.

XİN-in məlumatına görə, siyasi elmlər institutu Henri Cekson Cəmiyyətinin dezinformasiya hesabatının müəllifi Aleksandr Brauder, "The Washington Post" qəzetinin jurnalisti Ketrin Belton, "Chelsea Group" şirkətinin təsisçilərindən biri və direktorlar şurasının sədri Riçard Nikolas Vestberi, "Committed to Good" ("Chelsea Group"un törəmə şirkəti) şirkətinin idarəedici direktoru Alis Meri Laffer və Britaniyanın "I" nəşrinin jurnalisti Riçard Holmsa qarşı məhdudiyyətlər tətbiq edilib.

"Biz bir daha Londonu aqressiv anti-Rusiya addımlarından və Zelenski rejiminə dəstəyindən imtina etməyə çağırırıq. Xəbərdarlıq edirik ki, Britaniya siyasi elitasının rusofobiyanı daha da alovlandırmaq, ölkəmizin beynəlxalq nüfuzuna qəsdən xələl gətirmək və anti-Rusiya sanksiyalarını daha da gücləndirmək üçün etdiyi hər hansı bir səy cavabsız qalmayacaq. Böyük Britaniya hakimiyyətinin qeyri-dost hərəkətlərinə cavab olaraq Rusiya "qara siyahı"nın genişləndirilməsi üzərində işi davam etdirəcək", - deyə bəyanatda bildirilir.

Əlaqəli Xəbərlər