Menyu

Fransada "Shein" 22,5 milyon avro cərimələnib

Şəfa Hüseynli
Fransada "Shein" 22,5 milyon avro cərimələnib

Fransanın Rəqabət, İstehlak və Vergi Yayınmalarına Qarşı Mübarizə Baş İdarəsi (DGCCRF) "Shein" onlayn platformasına ümumi məbləği 22,5 milyon avro olan iki cərimə tətbiq edib.

Operativ Media xəbər verir ki, bu barədə Fransa İqtisadiyyat və Maliyyə Nazirliyinin kommünikesində bildirilir.

Bildirilib ki, 5,77 milyon avro məbləğində ilk cərimə geyim və aksesuarlar satan "Shein" şirkətinə tətbiq edilib. Bu, "müəyyən məhsul kateqoriyaları üçün 14 günlük geri çəkilmə müddəti ilə bağlı qaydalara əməl edilməməsi" ilə əlaqədardır. DGCCRF həmçinin "Shein" şirkətini məhsullarında mikroplastiklərin olması və məhsulların mənşəyi, xüsusən də parçaların istehsal olunduğu, boyandığı və tikildiyi ölkə barədə məcburi məlumat verməməkdə ittiham edir.

Onlayn bazarı birbaşa idarə edən başqa bir "Shein" şirkətinə isə 16,73 milyon avro məbləğində ikinci cərimə tətbiq edilib. Agentlik tərəfindən bildirilən pozuntular arasında çatdırılma müddətlərinin, sifariş təsdiqlənərkən hər bir məhsulun vahid qiymətinin, platformanın tərəfdaş satıcıları və onların əlaqə məlumatları haqqında məlumatların açıqlanmaması da qeyd edilib. 

Əlaqəli Xəbərlər