Somali təhlükəsizlik qüvvələri 29 "Əş-Şəbab" silahlısını öldürüb
Şəfa Hüseynli
Somali təhlükəsizlik qüvvələri beynəlxalq tərəfdaşların dəstəyi ilə mərkəzi Somalinin Orta Şabelle və Hiran bölgələrində birgə əməliyyat zamanı bir yüksək rütbəli komandir də daxil olmaqla 29 Əş-Şəbab yaraqlısını öldürüblər.
Oprerativ Media xəbər verir ki, bu barədə "Xinhua" məlumat yayıb.
Bildirilib ki, kəşfiyyat hesabatlarında onlarla qrup üzvünün bölgədə terror fəaliyyətləri təşkil etmək üçün toplaşdığı aşkar edildikdən sonra müttəfiq qüvvələrin iki ayrı əlaqələndirilmiş reyd başlatdığını təsdiqləyib.
"Qüvvələr ilk əməliyyatda Orta Şabelledəki Məscid Əli Qudud yaxınlığında 23 əl-Şəbab yaraqlısını öldürüblər, daha sonra isə Hiran bölgəsindəki Buq Aqabledə beş nəfəri və bir komandiri öldürüblər", - məlumatda qeyd edilib.