Menyu

Marko Rubio: TRIPP layihəsi Azərbaycan və Ermənistan üçün mühüm imkanlar yaradacaq

Operativ Media
Marko Rubio: TRIPP layihəsi Azərbaycan və Ermənistan üçün mühüm imkanlar yaradacaq

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, TRIPP (“Tramp marşrutu”) layihəsi Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq.

Operativ Media xəbər verir ki, o, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsində çıxışı zamanı danışıb.

Rubionun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında münaqişə başa çatıb və bu proses hər iki ölkə üçün yeni imkanlar açan TRIPP layihəsinin yaradılmasını nəzərdə tutan memorandumun imzalanması ilə yekunlaşıb.

“Ermənistan və Azərbaycan arasındakı münaqişə başa çatıb. Üstəlik, bu, mənim imzaladığım və hər iki ölkə üçün əhəmiyyətli imkanlar təmin edəcək yeni rifah marşrutunu – TRIPP-i yaradan memorandumla yekunlaşıb”, – deyə o bildirib.

ABŞ dövlət katibi həmçinin Vaşinqtonun son dövrlərdə bir sıra beynəlxalq münaqişələrin həllində iştirak etdiyini qeyd edib.

O, Hindistan və Pakistan arasında genişmiqyaslı müharibənin qarşısının alınmasında, eləcə də Tailand və Kamboca arasındakı gərginliyin nizamlanmasında ABŞ-nin rolunu vurğulayıb.

Əlaqəli Xəbərlər