Menyu

Britaniya Rusiya səfirini XİN-ə çağırıb

Operativ Media
Britaniya Rusiya səfirini XİN-ə çağırıb

Böyük Britaniya Rumıniyada pilotsuz uçuş aparatının (PUA) düşməsi ilə bağlı Rusiyanın Londondakı səfiri Andrey Kelini Xarici İşlər Nazirliyinə çağırıb.

Operativ Media xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin rəsmi saytında məlumat yayılıb.

Bəyanatda bildirilib ki, səfir Ukraynaya qarşı davam edən zərbələr, həmçinin ötən həftə Rusiyanın NATO hava məkanını pozması ilə əlaqədar XİN-ə dəvət olunub.

Britaniya tərəfi Rumıniyada pilotsuz uçuş aparatının yaşayış binasına düşdüyünü qeyd edib.

“Böyük Britaniya Ukrayna, Rumıniya və NATO üzrə bütün müttəfiqlərini qətiyyətlə dəstəkləməyə davam edəcək. Alyans ərazisinin hər qarışını qorumaq niyyətindəyik”, - deyə bəyanatda vurğulanıb.

Əlaqəli Xəbərlər