Ana səhifə / Dünya / Qırğızıstan BMT Təhlükəsizlik Şurasının üzvü seçilib Qırğızıstan BMT Təhlükəsizlik Şurasının üzvü seçilib 03.06.2026, 23:04 Operativ Media Qırğızıstan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Operativ Media xəbər verir ki, Baş Assambleya ölkənin 2027-2028-ci illər üçün Təhlükəsizlik Şurasının tərkibinə daxil edilməsinə səs verib. Dörd raunddan sonuncusunda 142 ölkə Qırğızıstana səs verib, Filippin isə cəmi 49 səs toplayıb. 2027-ci il yanvarın 1-dən Avstriya, Zimbabve, Portuqaliya, Trinidad və Tobaqo da qeyri-daimi üzvlər kimi Təhlükəsizlik Şurasına daxil olacaq. Onlar şurada səlahiyyət müddəti 2026-cı il dekabrın 31-də başa çatan Yunanıstan, Danimarka, Pakistan, Panama və Somalini əvəz edəcəklər.
03.06.2026, 22:31 Əraqçi: İrana qarşı istənilən düşmənçilik addımı dərhal və qəti cavabla qarşılanacaq