Avstraliya Afrikada Ebola epidemiyası ilə mübarizə üçün 3,2 milyon dollar bağışlayacaq
Şəfa Hüseynli
Avstraliya hökuməti Konqo Demokratik Respublikası və Uqandada Ebola epidemiyası ilə mübarizə səylərini dəstəkləmək üçün 5 milyon Avstraliya dolları (3,2 milyon dollar) ayıracaq.
Operativ Media xəbər verir ki, bu barədə Avstraliyanın xarici işlər naziri Penni Vonqun açıqlamasında bildirilib.
Qeyd edilib ki, vəsait Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası vasitəsilə ötürüləcək.