Cevdet Yılmaz Türkmənistana səfər edəcək
Şəfa Hüseynli
İyunun 4-də Türkiyə vitse-prezidenti Cevdet Yılmaz Türkmənistan-Türkiyə Hökumətlərarası İqtisadi Komissiyasının 9-cu iclasında iştirak etmək və bir sıra mühüm görüşlər keçirmək məqsədilə Aşqabada rəsmi səfər edəcək.
Operativ Media xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Bildirilib ki, səfər proqramı çərçivəsində Cevdet Yılmaz bu gün Aşqabadda təşkil olunacaq Dünya Türk İş Şurasının iclasına qatılacaq.
Səfərin ikinci günündə C.Yılmazın Türkmənistanın milli lideri Qurbanqulu Berdiməhəmmədov və Prezident Sərdar Berdiməhəmmədov ilə təkbətək görüşləri planlaşdırılır.
Həmçinin, o, ölkədə keçirilən "Turkmentextile Expo 2026" beynəlxalq sərgisini ziyarət edəcək.