Menyu

Çilidə tələbələrin sərt iqtisadi tədbirlərə qarşı etiraz aksiyasında 25 nəfər yaralanıb

Operativ Media
Çilidə tələbələrin sərt iqtisadi tədbirlərə qarşı etiraz aksiyasında 25 nəfər yaralanıb

Çili prezidenti Xose Antonio Kastın sərt iqtisadi siyasətinə qarşı keçirilən etiraz aksiyasında tələbələrlə təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalarda 12 polis əməkdaşı da daxil olmaqla ən azı 25 nəfər yaralanıb.

Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, Çili Tələbə Konfederasiyası tərəfindən təşkil edilən nümayişdə minlərlə tələbə Santyaqo şəhər mərkəzində toplaşıb.

Tələbə liderləri hökumətin xərclərin azaldılması proqramını tənqid ediblər və tələblərinə cavab verilməsə, qarşıdakı aylarda daha böyük nümayişlərin təşkil edilə biləcəyi barədə xəbərdarlıq verilib.

Təhlükəsizlik səbəbi ilə Santyaqo metrosunun mərkəzi xətlərindəki bir neçə stansiya müvəqqəti olaraq bağlanıb, paytaxtın bəzi yerlərində isə nəqliyyatın hərəkəti ciddi şəkildə pozulub.

Əlaqəli Xəbərlər