Menyu

Ukrayna Almaniyadan əlavə Patriot raketləri istəyib

Şəfa Hüseynli
Ukrayna Almaniyadan əlavə Patriot raketləri istəyib

Ukrayna Almaniyadan Bundesver inventarından əlavə Patriot raketlərinin təhvil verilməsini istəyib.

Operativ Media xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Mənbələrə görə, Ukrayna Almaniyanın gələcəkdə istehsal edilməsi gözlənilən tutucu qurğular təmin etməsi müqabilində raketləri alacağı barədə razılaşma təklif edib.

Almaniya hökuməti Ukraynanın tələbini nəzərdən keçirir, lakin hələlik heç bir qərar qəbul edilməyib. Bununla belə, qərar iyul ayında keçiriləcək NATO sammitindən əvvəl və ya sammit zamanı elan edilə bilər.



Əlaqəli Xəbərlər