Menyu

Belarusun Baş naziri Qırğızıstana rəsmi səfərə gəlib

Şəfa Hüseynli
Belarusun Baş naziri Qırğızıstana rəsmi səfərə gəlib

Belarusun Baş naziri Aleksandr Turçin Bişkekə rəsmi səfərə gəlib.

Operativ Media xəbər verir ki, bu barədə ''Kabar'' məlumat yayıb.

Bildirilib ki, qonağı Manas Beynəlxalq Hava Limanında Nazirlər Kabineti sədrinin müavini Ulan Mamatkanov qarşılayıb.

Rəsmi səfər çərçivəsində Turçin Qırğızıstan rəhbərliyi ilə görüşəcək və bir sıra sənədlərin imzalanması gözlənilir.

Bundan əlavə, onun bir neçə müəssisəyə baş çəkməsi və Qırğızıstan-Belarus biznes forumunun açılışında iştirak etməsi planlaşdırılır.

Əlaqəli Xəbərlər