Menyu

Bəhreyn Krallığının vəliəhdi Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb

Operativ Media
Bəhreyn Krallığının vəliəhdi Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb
1 dəq oxu

Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Operativ Media xəbər verir ki, mətndə deyilir:

"Zati aliləri.

Allahın salamı, rəhməti və bərəkəti üzərinizdə olsun.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunam.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram.

Zati-alinizə ən yüksək ehtiramımı bildirirəm".

Əlaqəli Xəbərlər