Menyu

Putin Zelenskinin məktubuna münasibət bildirib

Operativ Media
Putin Zelenskinin məktubuna münasibət bildirib

Rusiya Prezidenti Vladimir Putin Ukrayna lideri Volodimir Zelenskinin ona ünvanladığı açıq məktubla tanış olduğunu bildirib.

Operativ Media xəbər verir ki, Putin bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında danışıb.

Onun sözlərinə görə, Kremlin sözçüsü Dmitri Peskov məktubu ona əvvəlcədən təqdim etsə də, sıx iş qrafiki səbəbindən sənədi dərhal oxumağa imkan tapmayıb.

Putin həmçinin vurğulayıb ki, Rusiya ilə Ukrayna arasındakı münaqişənin nizamlanmasına dair əsas məsələlər birbaşa Moskva və Kiyev arasında həll olunmalıdır.

O qeyd edib ki, digər ölkələr isə bu prosesdə şərait yaradan və ya qarant qismində çıxış edən tərəf ola bilərlər.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski iyunun 4-də Vladimir Putinə ünvanladığı açıq məktubda şəxsi görüş keçirməyi və danışıqlar müddətində atəşkəs elan olunmasını təklif edib.

Əlaqəli Xəbərlər