Menyu

Putin: Trampın qərarı düzgündür, regionda sülhə ümid edirik

Operativ Media
Putin: Trampın qərarı düzgündür, regionda sülhə ümid edirik

Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampın hərbi əməliyyatların dayandırılması ilə bağlı qərarını düzgün addım kimi qiymətləndirib.

Operativ Media xəbər verir ki, Putin bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı danışıb.

Rusiya lideri bildirib ki, Moskva İran və İsrail arasında gərginliyin azaldılması istiqamətində Vaşinqton, Tehran və Təl-Əvivlə təmaslarını davam etdirir.

Onun sözlərinə görə, tərəflər Rusiyaya İranın Buşehr Atom Elektrik Stansiyasının təhlükəsizliyi ilə bağlı təminat veriblər.

Putin qeyd edib ki, vəziyyət sabitləşdikdən sonra Rusiya İranda nüvə obyektlərinin tikintisi üzrə əməkdaşlığı davam etdirməyə hazırdır. O, həmçinin Tehranın dinc nüvə proqramı ilə bağlı narahatlıqlarının nəzərə alınmasının vacibliyini vurğulayıb.

Rusiya Prezidenti əlavə edib ki, Moskvanın İranın nüvə silahı hazırladığına dair hər hansı məlumatı yoxdur. Onun sözlərinə görə, əsas problem tərəflər arasında qarşılıqlı etimadın olmamasıdır.

Putin həmçinin bildirib ki, ABŞ və İran arasında mövcud gərginliyin yaranmasında Tehran tərəfindən hər hansı təxribat görmür. Onun fikrincə, İranın nüvə proqramı uzun müddət beynəlxalq nəzarət altında olub və bu məsələnin diplomatik yollarla həlli mümkündür.


Əlaqəli Xəbərlər