Menyu

Ermənistanda şəhər meri barəsində cinayət işi açılıb

Operativ Media
Ermənistanda şəhər meri barəsində cinayət işi açılıb

Gümrü meri Vardan Qukasyan barəsində yeni cinayət işi açılıb.

Operativ Media xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat verib.

İstintaq Komitəsinin məlumatına görə, Vardan Qukasyan bir qrup şəxslə birlikdə 2025-ci ildə hakimiyyəti ələ keçirmək planı qurub, lakin ondan asılı olmayan səbəblərdən buna nail ola bilməyib.

Bu fakt üzrə cinayət işi açılıb və işdə əli olan digər şəxslərin müəyyən edilməsi üçün tədbirlər görülür.

Qeyd edək ki, daha əvvəl həbsdə olan Vardan Qukasyan tərəfdarlarını qarşıdan gələn parlament seçkisində iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" blokuna səs verməyə çağırıb.

Əlaqəli Xəbərlər