Rusiyada uşaqlı analara müavinət verilməsi təklif olundu
Operativ Media
Rusiya Dövlət Dumasında uşaq tərbiyəsi ilə məşğul olan qadınlara aylıq müavinət verilməsi təklif olunub.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət Dumasının nümayəndəsi Marina Kim Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF-2026) çərçivəsində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ödəniləcək məbləğ ölkədəki minimum əməkhaqqı səviyyəsindən aşağı olmamalıdır.
Qeyd edək ki, hazırda Rusiyada minimum əməkhaqqı 27 093 rubl (təxminən 300 dollar) təşkil edir.