Paşinyan səs verib
Operativ Media
Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkilərində səs verib.
Operativ Media xəbər verir ki, hökumət başçısı səhər saatlarında İrəvanın Şenqavit rayonunda yerləşən seçki məntəqəsinə gələrək səsvermədə iştirak edib.
Ermənistan qanunvericiliyinə əsasən, partiyalar üçün seçki baryeri 4 faiz, iki və ya üç partiyadan ibarət bloklar üçün 8 faiz, dörd və daha çox partiyanı birləşdirən ittifaqlar üçün isə 10 faiz müəyyən edilib.
Qeyd edək ki, parlament seçkilərində 18 siyasi qüvvə — 16 partiya və 2 partiya bloku mübarizə aparır. Ölkə üzrə 2 mindən çox seçki məntəqəsi fəaliyyət göstərir.
Seçkilərin etibarlı hesab olunması üçün minimum seçici fəallığı tələbi nəzərdə tutulmayıb.