Menyu

Ermənistanda 2 məntəqə sədri və 1 katib həbs olunub

Operativ Media
Ermənistanda 2 məntəqə sədri və 1 katib həbs olunub

Ermənistanda parlament seçkilərinin başladığı ilk saatlarda iki seçki məntəqəsinin sədri və bir katibin işə gəlmədiyi məlum olub.

Operativ Media xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Vahaqn Hovakimyan brifinq zamanı məlumat verib.

Onun sözlərinə görə, səsvermənin başlanması zamanı bəzi məntəqə rəhbərlərinin iş yerində olmaması cinayət-hüquqi proseslə bağlı olub.

“Bizə daxil olan rəsmi bildirişə görə, iki məntəqə sədri və bir katib gecə saatlarında hüquq-mühafizə orqanları tərəfindən həbs olunublar”, – deyə MSK sədri bildirib.

V.Hovakimyan həbslərin səbəblərini açıqlamayıb.

Bununla belə, o qeyd edib ki, məntəqə rəhbərliyində yaranan boşluq dərhal aradan qaldırılıb, yeni təyinatlar həyata keçirilib və səsvermə prosesi normal qaydada davam etdirilib.


Əlaqəli Xəbərlər