Menyu

Ermənistanda seçki pozuntuları ilə bağlı 117 cinayət işi açılıb

Operativ Media
Ermənistanda seçki pozuntuları ilə bağlı 117 cinayət işi açılıb

Ermənistanda 2026-cı ilin aprel ayından iyunun 7-si saat 15:00-dək seçki cinayətləri ilə bağlı 117 cinayət işi başlanıb.

Operativ Media xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, işlər çərçivəsində 86 nəfərə qarşı cinayət təqibi başlanıb.

Pozuntular əsasən seçki hüquqlarına mane olunması, təşviqat fəaliyyətinin əngəllənməsi, səsvermənin gizliliyinin pozulması, təkrar səsvermə və seçki rüşvəti halları ilə bağlıdır.

İstintaq nəticəsində 9 cinayət işi üzrə 16 nəfər barəsində ittiham aktı təsdiqlənərək məhkəməyə göndərilib.

Komitənin məlumatına görə, araşdırmalar zamanı 1200-ə yaxın şəxs dindirilib, 280-ə yaxın axtarış aparılıb.

Əlaqəli Xəbərlər