Menyu

Tramp: İranın zənginləşdirilmiş uranı ölkədən çıxarılacaq

Operativ Media
Tramp: İranın zənginləşdirilmiş uranı ölkədən çıxarılacaq

ABŞ Prezidenti Donald Tramp İranla mümkün nüvə sazişi çərçivəsində yüksək dərəcədə zənginləşdirilmiş uranın ölkədən çıxarılacağını bildirib.

Operativ Media xəbər verir ki, Tramp bu barədə NBC News-a müsahibəsində danışıb.

Onun sözlərinə görə, tərəflər arasında razılaşma əldə olunacağı təqdirdə uran İran hakimiyyəti ilə birgə ölkədən çıxarılaraq məhv ediləcək.

ABŞ lideri qeyd edib ki, razılaşma baş tutmasa, Vaşinqton İranın nüvə proqramına qarşı hərbi tədbirlər görməyə hazırdır.

Tramp həmçinin bildirib ki, danışıqlar yekunlaşana qədər ABŞ hərbi qüvvələri regionda qalacaq.

O vurğulayıb ki, Vaşinqton Tehranın nüvə silahı əldə etməsinə imkan verəcək heç bir şərti qəbul etməyəcək və mümkün saziş bu riskləri tam aradan qaldırmalıdır.

ABŞ Prezidenti əlavə edib ki, tərəflər memorandumun imzalanmasına yaxın olsalar da, İranın nüvə ambisiyalarından imtina etməsi əsas şərtlərdən biri olaraq qalır.

Tramp, həmçinin İranın yeni rəhbərliyinin daha rasional yanaşma nümayiş etdirdiyini qeyd edib və Vaşinqtonla Tehran arasında razılıq əldə olunacağı təqdirdə regionda iqtisadi vəziyyətin, o cümlədən enerji bazarındakı sabitliyin yaxşılaşacağını bildirib.

Əlaqəli Xəbərlər