Menyu

İsrail raket hücumu təhlükəsi barədə xəbərdarlıq edib

Operativ Media
İsrail raket hücumu təhlükəsi barədə xəbərdarlıq edib

İsrail Müdafiə Qüvvələri (SAXAL) yaxın saatlarda ölkə ərazisinin raket atəşinə məruz qala biləcəyi barədə xəbərdarlıq edib.

Operativ Media xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Beyruta endirilən zərbədən sonra əməliyyat vəziyyəti yenidən qiymətləndirilib və ordu mümkün hücum ssenarilərinə qarşı hazırlıq vəziyyətinə gətirilib.

Məlumata görə, hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti gücləndirilib, müdafiə və hücum bölmələri yüksək hazırlıq vəziyyətinə keçirilib.

İsrail Baş Qərargah rəisi Eyal Zamir və digər hərbi rəhbərlərin vəziyyəti nəzarətdə saxladığı, hadisələrin inkişafını izlədiyi qeyd olunub.

Ordunun açıqlamasında vətəndaşlara ayıq-sayıq olmaq, məsuliyyətli davranmaq və Mülki Müdafiə Komandanlığının göstərişlərinə əməl etmək tövsiyə edilib.

Həmçinin vurğulanıb ki, əməliyyat vəziyyətində dəyişiklik olacağı təqdirdə əhali əlavə məlumatlandırılacaq.

Əlaqəli Xəbərlər