Filippin yaxınlığında, Çelebes dənizində güclü zəlzələ qeydə alınıb.
Operativ Media xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Mindanao adasındakı General Santos şəhərindən 44 kilometr cənub-qərbdə yerləşib. Episentrdəki təkanın intensivliyinə görə seysmik hadisə "fəlakət" səviyyəsində qiymətləndirilib.
ABŞ Geoloji Xidməti isə zəlzələnin maqnitudasını 7,8 bal, ocağının dərinliyini isə 35 kilometr olaraq müəyyən edib.