Menyu

Gürcüstanda saxta nikahla yaşayış icazəsi alanları ciddi cəza gözləyir

Operativ Media
Gürcüstanda saxta nikahla yaşayış icazəsi alanları ciddi cəza gözləyir

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) ölkə vətəndaşı ilə əcnəbi arasında yaşayış icazəsi (viza) almaq məqsədilə bağlanan saxta nikaha görə cinayət məsuliyyətinin tətbiq edilməsini nəzərdə tutan qanun layihəsi hazırlayıb.

Operativ Media xəbər verir ki, bu barədə Gürcüstan DİN-in mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, qanunvericiliyə edilən dəyişikliklərə əsasən, Gürcüstan vətəndaşı ilə əcnəbi arasında yaşayış icazəsi və ya ölkədə qanuni qalmaq üçün digər əsaslar əldə etmək məqsədilə bağlanan saxta nikahlar cinayət məsuliyyətinə səbəb olacaq.

Cəza tədbiri olaraq iki ilədək müddətə azadlıqdan məhrumetmə, bir ildən iki ilədək müddətə ev dustaqlığı və ya cərimə nəzərdə tutulacaq. Həmçinin qaydanı pozan əcnəbi ölkədən çıxarılacaq və onun Gürcüstana girişinə iki ildən on ilədək qadağa qoyulacaq.

Bununla yanaşı, qanun layihəsi ilə yeni bir vizual status - Gürcüstan vətəndaşının həyat yoldaşı üçün yaşayış icazəsi tətbiq edilir. Bu icazə əcnəbiyə ölkədə daimi yaşayış hüququ verilməsinə qədər keçərli olacaq. Sənəd təqdim edilməzdən əvvəl isə xüsusi komissiya nikahın saxta deyil, real olub-olmadığını yoxlayacaq.

Əlaqəli Xəbərlər