Menyu

Azərbaycanın yaratdığı yeni siyasi reallıq Ermənistanda seçkilərin nəticəsinə ciddi təsir göstərdi - TƏHLİL

Operativ Media
Azərbaycanın yaratdığı yeni siyasi reallıq Ermənistanda seçkilərin nəticəsinə ciddi təsir göstərdi - TƏHLİL

Ermənistanda keçirilən parlament seçkilərinin nəticələri göstərir ki, regionda Qarabağ Zəfərindən sonra formalaşan yeni geosiyasi reallıqlar artıq Ermənistan cəmiyyətinin siyasi seçimlərinə də ciddi təsir göstərdi.  

Bunu Operativ Media-ya açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev bildirib. 

"Bu seçkilərin həlledici siyasi faktoru Prezident İlham Əliyevin formalaşdırdığı regional təhlükəsizlik və sülh gündəliyi oldu. Ümumilikdə seçkilərin nəticəsini şərtləndirən əsas məqamlardan biri Azərbaycanın son illərdə həyata keçirdiyi uğurlu hərbi-siyasi və diplomatik strategiyadır. Əgər Azərbaycan Prezidenti qətiyyətlə işğala son qoymasaydı, beynəlxalq hüquqa əsaslanan yeni regional reallıq formalaşdırılmasaydı, Ermənistan siyasi elitasının bu gün sülh, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması kimi prinsipləri prioritet kimi qəbul etməsi mümkün olmazdı.

Bu baxımdan seçkilərin nəticəsini müəyyən edən mühüm amil Prezident İlham Əliyevin yürütdüyü strateji siyasət və onun Ermənistanla sülh gündəliyinə verdiyi praktik məzmun oldu. Görünən odur ki, Ermənistan cəmiyyətinin əksəriyyəti baş verən hadisələrdən nəticə çıxarmağa başlayır və Azərbaycanla sülhün alternativsiz olduğunu daha aydın şəkildə dərk edir".

Deputat bildirib ki, qısa müddətdə Ermənistanda yeni Konstitusiyanın qəbul edilməsi və Azərbaycana qarşı ərazi iddialarına hüquqi-siyasi səviyyədə son qoyulması vacib şərtdir:

"Bütün bu addımların yekunu olaraq Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması və dövlətlərarası münasibətlərin normallaşdırılmasını prosesinin irəlilədilməsi bütün regionun gələcək inkişafı baxımından həlledici əhəmiyyət daşıyır", - deyə o bildirib.

Əlaqəli Xəbərlər