Menyu

XİN rəhbəri: Regional gərginlik fonunda Azərbaycan, Türkiyə və Gürcüstanın koordinasiyalı addımları xüsusi önəm daşıyır

Operativ Media
XİN rəhbəri: Regional gərginlik fonunda Azərbaycan, Türkiyə və Gürcüstanın koordinasiyalı addımları xüsusi önəm daşıyır

“Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirakımdan dərin məmnunluq ifadə etmək istərdim. Eyni zamanda dəyərli həmkarım və qardaşım Hakan bəyə mükəmməl təşkilatçılığa və həmişəki olduğu kimi yüksək qonaqpərvərliyə görə xüsusi təşəkkürümü bildirirəm.

Operativ Media xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyunun 8-də keçirilən Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşündən sonra təşkil olunan mətbuat konfransında deyib:

"Bugünkü müzakirələr çərçivəsində bizim ötən toplantıdan keçən müddət ərzində üç ölkə arasında icra olunan layihələrin cari vəziyyətini müzakirə etmək imkanımız oldu. Eyni zamanda hazırkı dövrdə ortaya çıxan mövzular kontekstində yeni icra olunan layihələr, yeni potensial istiqamətlər barədə geniş fikir mübadiləsi apardıq, ortaq çağırışlara nəzər saldıq. Beynəlxalq və regional səviyyədə olan münaqişələr, artan gərginlik fonunda Avropa ilə Asiyanın kəsişməsində yerləşən bizim bölgəmizin bu neqativ tendensiyalardan kənarda qalması, təbii ki, real deyil. Biz bunun təzahürlərini və nəticələrini görürük. Ona görə də ümumi rəy ondan ibarət oldu ki, Azərbaycan, Türkiyə və Gürcüstanın bu sahədə koordinasiyalı şəkildə addımlar atması xüsusi önəm daşıyır. Belə sıx əlaqələndirmə, o cümlədən bu gün də bu görüş kontekstində müşahidə edildi", - nazir qeyd edib.

Əlaqəli Xəbərlər