Ceyhun Bayramov Türkiyə və Gürcüstan XİN rəhbərlərini Ermənistanla normallaşma prosesi barədə məlumatlandırıb
Operativ Media
"Mən bu gün öz həmkarlarıma Cənubi Qafqazda Ermənistan-Azərbaycan normallaşması prosesi kontekstində olan son yeniliklər barədə məlumat verdim. Xüsusilə, ötən ilin avqust ayında baş tutan tarixi Vaşinqton sammitindən sonra normallaşma prosesi istiqamətində atılan addımlar, müsbət tendensiyalar və etimad quruculuğu tədbirlərində əldə olunan irəliləyişlər barədə ətraflı danışdım".
Operativ Media xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyunun 8-də keçirilən Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşündən sonra təşkil olunan mətbuat konfransında deyib.
"Eyni zamanda prosesin tam dayanıqlı və davamlı sülhə çevrilməsi, normal dövlətlərarası münasibətlərin qurulması və sadəcə yekun imzanın qoyulması üçün həlli vacib olan məsələlərin tam yerinə yetirilməsinin önəmi bu gün bir daha qeyd olundu", - deyə nazir qeyd edib.