Azərbaycan və Gürcüstan XİN başçıları Cənubi Qafqazın əhəmiyyətini qabardıblar
İstanbulda keçirilmiş Türkiyə, Azərbaycan və Gürcüstan XİN başçılarının X Üçtərəfli Görüşü çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcüstanlı həımkarı Maka Boçorişvili ilə görüşüb və birgə layihələrin irəlilədilməsinə dair ortaq sadiqliklərini bir daha təsdiq ediblər.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Nazirlər regional sabitliyə, enerji təhlükəsizliyinə və davamlı iqtisadi inkişafa töhfə verən Cənub Qaz Dəhlizi, Orta Dəhliz və digər bağlantı təşəbbüsləri də daxil olmaqla, birgə layihələrin irəlilədilməsinə dair ortaq sadiqliklərini bir daha təsdiq ediblər", - paylaşımda bildirilib və əlavə edilib ki, regional və beynəlxalq proseslər ətrafında fikir mübadiləsi aparılıb, Cənubi Qafqazın Avropa və Asiyanı birləşdirən əsas dəhliz kimi artan strateji əhəmiyyəti qabardılıb.
Həmçinin Azərbaycan Gürcüstan strateji tərəfdaşlığının mövcud vəziyyəti və gələcək perspektivləri nəzərdən keçirilib, sıx siyasi dialoqun, güclü iqtisadi əlaqələrin və enerji, nəqliyyat və regional bağlantı sahələrində uğurlu əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Pleased to meet with Foreign Minister Maka Botchorishvili on the margins of the 10th Trilateral Meeting of the Foreign Ministers of Azerbaijan, Georgia and Türkiye in Istanbul.
— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) June 8, 2026
We discussed the strong Azerbaijan–Georgia strategic partnership, cooperation in energy, transport and… pic.twitter.com/m8OgE0Ryi7