Menyu

İran ABŞ-yə xəbərdarlıq ünvanlayıb

Operativ Media
İran ABŞ-yə xəbərdarlıq ünvanlayıb

İran atəşkəslə bağlı ABŞ-yə xəbərdarlıq ünvanlayıb.

Operativ Media xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf "X" sosial şəbəkə hesabında yazıb.

"Biz kağız üzərindəki atəşkəs tənliyini və onun döyüş meydanında dəfələrlə pozulmasını pozduq", - o bildirib.

Qalibafın sözlərinə görə, ABŞ və İsrail etimad yaratmaq üçün əsl iradə nümayiş etdirməyənə qədər İranın cavabı sərt olacaq.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində İsrail və İrandan zərbə mübadiləsini dərhal dayandırmağı tələb edib. Bundan qısa müddət sonra İran tərəfi İsrailə zərbələrin dayandırıldığını bildirib. Bununla belə, İran Livanda eskalasiya olacağı təqdirdə yeni hücumlarla hədələyib.

Buna baxmayaraq İsrail Müdafiə Ordusu Livanın cənubunda, "Hizbullah" silahlılarının ehtimal olunan obyektlərinin yerləşdiyi altı yaşayış məntəqəsinə aviazərbələr endirib.

Əlaqəli Xəbərlər