Menyu

İran Aİ Şurasının sanksiyalarına etiraz edib

Operativ Media
İran Aİ Şurasının sanksiyalarına etiraz edib

Avropa İttifaqı (Aİ) Şurası Hörmüz boğazının blokadası ilə bağlı İranın bəzi vətəndaşları və qurumlarına qarşı sanksiya tətbiq edib, İslam Respublikası isə bu addımı qanunsuz sayır.

Operativ Media xəbər verir ki, İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi "X" sosial şəbəkə hesabında məhdidiyyətlərə etiraz edib.

"Bu gün Avropa İttifaqı Şurası saxtakar bir addımla Hörmüz boğazı ilə əlaqədar bəzi İranlı şəxslərə və qurumlara qarşı qondarma sanksiyaları təsdiqləyib. İttifaqa üzv dövlətlər İran xalqının hüquqlarının əsas pozucularıdır və Aİ həmçinin müharibə aktı hesab olunan ABŞ-nin İrana qarşı dəniz blokadasına qəsdən susub", - o bildirib.

Onun sözlərinə görə, İran Avropa addımına əhəmiyyət vermir və Hörmüz boğazı üzərində suverenliyi qoruyub saxlamaq strategiyasını davam etdirəcək.

https://x.com/Gharibabadi/status/2064002186682495482?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E2064002186682495482%7Ctwgr%5Ede7e86a9a58e0c96985ef49c95c5df73f17be6af%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Freport.az%2Fregion-xeberleri%2Firan-hormuz-bogazi-ile-bagli-ai-surasinin-sanksiyalarina-etiraz-edib

Əlaqəli Xəbərlər