İranda hava məkanında uçuşlarla bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb.
Operativ Media xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatı məlumat yayıb.
"Təhlükəsiz şərait yaradıldıqdan və müvafiq qurumlarla lazımi razılaşdırmalar aparıldıqdan sonra uçuşlara tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb və ölkənin aviasiya fəaliyyəti plana uyğun olaraq tədricən normal iş rejiminə qayıdır", - bəyanatda deyilir.