Menyu

Birləşmiş Krallıq 2030-cu ilədək dünyanın ən qabaqcıl superkompüterini yaradacaq

Operativ Media
Birləşmiş Krallıq 2030-cu ilədək dünyanın ən qabaqcıl superkompüterini yaradacaq

Böyük Britaniya süni intellekt (Sİ) tapşırıqları üçün superkompüterin yaradılmasına 750 milyon funt-sterlinq (1 milyard dollar) vəsait ayıracaq. 

Operativ Media xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Elm, İnnovasiya və Texnologiya Nazirliyinin bəyanatında deyilir.

"2030-cu ildə istismara verildikdən sonra o dünyanın ən qabaqcıl sistemlərindən biri olacaq. Sistem sınaqdan keçirilmiş və perspektivli prosessorları, eləcə də ən yeni mikrosxemləri birləşdirəcək ki, bu da mürəkkəb tapşırıqları ənənəvi superkompüterlərdən daha səmərəli şəkildə yerinə yetirməyə imkan verəcək", — deyə məlumatda qeyd olunur.

Bu məbləğin yarısından çoxu — 400 milyon funt-sterlinqi - Sİ superkompüterinin növbəti nəsil çiplərlə təchiz edilməsinə yönəldiləcək. İlk 150 milyon funt-sterlinq isə artıq bu yay ayrılacaq.

Əlaqəli Xəbərlər