Menyu

Əfqanıstanda məmurlara smartfonlardan istifadə qadağan edilib

Operativ Media
Əfqanıstanda məmurlara smartfonlardan istifadə qadağan edilib

Taliban lideri Heybətullah Axunzadə dövlət işçilərinin smartfonlardan istifadəsini qadağan edən bir sərəncam imzalayıb.

Operativ Media xəbər verir ki, bu barədə Əfqanıstan Beynəlxalq Televiziyası məlumat yayıb.

Sənədə əsasən, qadağanı pozanlar hərbi məhkəmə qarşısında məsuliyyət daşıyacaqlar. Onlara hansı cəzanın tətbiq olunacağı dəqiq məlum deyil.

Hərbi məhkəmə işçilərinə həmçinin dövlət qulluqçuları arasında smartfonlardan istifadəyə qoyulan qadağanın tətbiqinə nəzarət etmək tapşırılıb.

Monitorinqə məruz qalan şəxslərin, vəzifələrin, xidmət yerlərinin, eləcə də rabitə operatorlarının və telefon nömrələrinin siyahısı tərtib edilib.


Əlaqəli Xəbərlər