Menyu

Sloveniya Prezidenti İlham Əliyevi təbrik edib

Operativ Media
Sloveniya Prezidenti İlham Əliyevi təbrik edib

Sloveniya Prezidenti Nataşa Pirts Musar Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Operativ Media xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sloveniya Respublikasının xalqı adından və öz adımdan Sizi səmimi-qəlbdən təbrik edirəm.

Ölkələrimiz arasındakı davamlı konstruktiv əməkdaşlıq və dostluq münasibətlərindən çox məmnunam. Əminəm ki, qarşılıqlı maraq doğuran bütün istiqamətlərdə ikitərəfli əlaqələrimizi dərinləşdirəcək və bir çox sahələrdə əməkdaşlığı daha da inkişaf etdirəcəyik.

Həm Sloveniya, həm də Azərbaycan beynəlxalq sabitliyə və davamlı inkişafa sadiq qaldığı üçün inanıram ki, Avropa və beynəlxalq birlik çərçivəsində əməkdaşlığımız daha da genişlənəcək və möhkəmlənəcək.

Cənubi Qafqaz regionunda sülhün, sabitliyin və yaxşı münasibətlərin qurulması istiqamətində davam edən səylərinizi yüksək qiymətləndirirəm və Sizə uğurlar arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər