Menyu

Türkiyə və Səudiyyə Ərəbistanı arasında iki anlaşma memorandumu imzalanıb

Operativ Media
Türkiyə və Səudiyyə Ərəbistanı arasında iki anlaşma memorandumu imzalanıb
1 dəq oxu

Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında iki anlaşma memorandumu imzalanıb.

Operativ Media xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ər-Riyad səfəri çərçivəsində müsahibə zamanı açıqlayıb.

"Bölgədə baş verən müharibələrdən sonra alternativ nəqliyyat marşrutlarının yaradılmasının zəruriliyi ilə bağlı ortaq bir anlayışa sahibik", - o bildirib.

Uraloğlunun sözlərinə görə, səfərin məqsədi bu sahədə əlaqaləri gücləndirmək olub:

"Logistika əlaqələrini inkişaf etdirmək məqsədilə bir səfər həyata keçirdik və iki anlaşma memorandumu imzaladıq. Regional miqyasda inkişaf etdirdiyimiz bu əməkdaşlığın digər ölkələr üçün də nümunə təşkil edəcəyinə inanırıq".

Əlaqəli Xəbərlər