Menyu

Niderlandın İrandakı səfirliyi Bakıdan Tehrana qaytarılıb

Operativ Media
Niderlandın İrandakı səfirliyi Bakıdan Tehrana qaytarılıb

ABŞ ilə İsrailin fevralın 28-də İrana hücumundan sonra başlayan müharibəyə görə, Niderlandın İslam Respublikasında səfirliyi Azərbaycanda fəaliyyət göstərirdi və artıq Tehrandakı işini bərpa edib.

Operativ Media xəbər verir ki, bu barədə Niderlandın Azərbaycandakı səfirliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb.

"Müvəqqəti olaraq Azərbaycandan fəaliyyət göstərdikdən sonra Niderland Krallığının İrandakı Səfirliyi 7 iyun 2026-cı il tarixindən etibarən Tehranda fəaliyyətini bərpa edib", - məlumatda bildirilib.

Paylaşımda dəstəyə görə Azərbaycana təşəkkür də yer alıb.

Əlaqəli Xəbərlər