Hindistan "Starlink"ə icazələrin verilməsini dayandırıb
Hindistan hakimiyyəti milli təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən ABŞ-ın peyk internet xidməti olan Starlink üçün ölkədə fəaliyyət icazələrinin verilməsi prosesini dayandırıb.
Operativ Media xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Məlumata görə, qərarın qəbul edilməsinə ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar fonunda yaranan hərbi qarşıdurma zamanı "SpaceX" şirkətinə məxsus peyk terminallarından aktiv istifadə olunması ilə bağlı narahatlıqlar təsir edib.
Bildirilir ki, Yeni Dehli geosiyasi gərginliyin artdığı şəraitdə xarici peyk rabitəsi operatorunun fəaliyyətinə nəzarətin çətinləşə biləcəyindən ehtiyat edir.
Bu səbəbdən Hindistan hökuməti təhlükəsizlik məsələləri ilə bağlı əlavə qiymətləndirmələr aparılana qədər icazə prosesini müvəqqəti dayandırıb.