Menyu

Əraqçi: Problemlərin həllində ilk seçim diplomatiyadır

Operativ Media
Əraqçi: Problemlərin həllində ilk seçim diplomatiyadır

İranın xarici işlər naziri Abbas Əraqçi İran ərazisinə yaxın bölgələrdə yerləşən bütün xarici qüvvələri həmin əraziləri tərk etməyə çağırıb.

Operativ Media xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

Nazirin sözlərinə görə, İran sərhədləri yaxınlığında yerləşən xarici qüvvələr insan səhvləri, müxtəlif insidentlər və çarpaz atəş riski səbəbindən daim təhlükə altındadır.

“Risklərin azaldılması üçün ən yaxşı həll yolu həmin qüvvələrin bu bölgəni tərk etməsidir”, – deyə Əraqçi bildirib.

O əlavə edib ki, Tehran diplomatiya dilinə üstünlük verir, lakin digər vasitələrdən istifadə etməyə də hazırdır.

Əlaqəli Xəbərlər