Menyu

İran Amerikaya məxsus "MQ-9 Reaper" pilotsuz təyyarəsini vurub - YENİLƏNİB

Operativ Media
İran Amerikaya məxsus "MQ-9 Reaper" pilotsuz təyyarəsini vurub - YENİLƏNİB

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İran ərazisi üzərində Amerikaya məxsus "MQ-9 Reaper" pilotsuz təyyarəsinin vurulduğunu və ABŞ-nin bölgədəki obyektlərinə raket zərbələri endirildiyini elan edib.

Operativ Media xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi yayıb.

SEPAH-ın məlumatına görə, Hərbi Dəniz Qüvvələri Buşehr əyalətindəki Cəm dairəsi səmasında "MQ-9 Reaper" pilotsuz təyyarəsini vurub. Həmçinin ABŞ-nin regiondakı hərbi bazalarındakı 21 hədəfə zərbələr endirilib.


 01:43


ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın ABŞ Ordusuna məxsus “Apache” helikopterini vurmasına cavab olaraq İrana qarşı özünümüdafiə xarakterli zərbələrə başladığını açıqlayıb.

Operativ Media xəbər verir ki, bu barədə CENTCOM-un "X" sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edilib.

“ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) qüvvələri bu gün Şərq vaxtı ilə saat 17:00-da Ali Baş Komandanın göstərişi ilə İrana qarşı özünümüdafiə məqsədli zərbələr endirməyə başlayıb. Bu əməliyyat dünən ABŞ Ordusuna məxsus “Apache”helikopterinin vurulmasına cavab olaraq həyata keçirilir”, – paylaşımda qeyd olunub.

Açıqlamada bildirilir ki, əməliyyat İranın əsassız təcavüzünə qarşı proporsional cavab xarakteri daşıyır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər