Menyu

Konqoda “Ebola”dan ölənlərin sayı 115 nəfərə çatıb

Operativ Media
Konqoda “Ebola”dan ölənlərin sayı 115 nəfərə çatıb

Konqo Demokratik Respublikasında (KDR) “Ebola” virusundan ölənlərin sayı 115-ə çatıb.

Operativ Media xəbər verir ki, bu barədə ölkənin Rabitə və Media Nazirliyi məlumat yayıb.

Məlumata görə, hazırkı epidemiya zamanı virusa yoluxanların sayı 598 nəfərə yüksəlib. Xəstəxanalarda 297 xəstə müalicə olunur, ölüm göstəricisi isə 19,2 faiz təşkil edir.

Epidemiya İturi, Şimali Kivu və Cənubi Kivu əyalətlərindəki 25 rayonu əhatə edir. Səlahiyyətlilər yoluxmuş şəxslərlə təmasda olanların müəyyənləşdirilməsi və izlənməsi işlərini davam etdirirlər.

Əlaqəli Xəbərlər