Azərbaycan və Yaponiya arasında ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə edilib
Operativ Media
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tokioya rəsmi səfəri çərçivəsində yaponiyalı həmkarı Toşimitsu Moteqi ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
"Səfər iki ölkənin ikitərəfli münasibətlərinin dərinləşdirilməsi və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi niyyətini vurğulayır", - məlumatda qeyd olunub.