Gürcüstanın Baş naziri Qırğızıstana rəsmi səfər edəcək
Şəfa Hüseynli
Qırğızıstan Prezidenti Sadır Japarovun dəvəti ilə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Qırğızıstana ilk rəsmi səfəri 11-13 iyun tarixlərində baş tutacaq.
Operativ Media xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tərəflər səfər çərçivəsində Qırğızıstan-Gürcüstan ikitərəfli gündəliyinin aktual məsələlərini, o cümlədən qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi və genişləndirilməsi perspektivlərini müzakirə edəcəklər.
Danışıqların nəticəsi olaraq Qırğızıstan və Gürcüstan arasında hüquqi bazanın və praktiki qarşılıqlı fəaliyyətin gücləndirilməsinə yönəlmiş ikitərəfli sənədlər paketi imzalanacaq.