Tramp: İrana zərbələri davam etdirəcəyik
Operativ Media
İrana qarşı hərbi əməliyyatlar davam etdiriləcək.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib.
O, qeyd edib ki, ABŞ dünən İrana güclü zərbə endirib və hücumlar bu gün də davam edəcək.
“Razılaşmaya çox yaxın idik, lakin onlar bizi aldatmağa davam etdilər. Biz Obama dövründə əldə edilən razılaşmaya bənzər saziş istəmirik”, – deyə Tramp vurğulayıb.
ABŞ Prezidenti bildirib ki, İranın nüvə silahına malik olmasına imkan verilməyəcək:
“İranın nüvə silahı ola bilməz və olmayacaq. Onlar bununla razılaşıblar. Etməli olduqları yeganə şey sənədi imzalamaqdır. Hazırda tammiqyaslı danışıqlar gedir”.