Menyu

Azərbaycan və Avstriya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib

Operativ Media
Azərbaycan və Avstriya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib

Bakı şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Avstriya Respublikasının Federal Xarici İşlər və Avropa Nazirliyi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

​Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Konsulluq idarəsinin rəisi Emil Səfərov, Avstriya nümayəndə heyətinə isə Konsulluq məsələləri üzrə baş direktorun müavini Rene Amri rəhbərlik edib.

​Konsulluq məsləhətləşmələri zamanı Avstriya Respublikası ilə konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması imkanları nəzərdən keçirilib, habelə baxılmaqda olan bir sıra sənəd layihələrinə dair ətraflı müzakirələr aparılıb.

​Konsulluq sahəsində həyata keçirilmiş son yeniliklər barədə məlumat mübadiləsi aparılıb, o cümlədən Azərbaycan və Avstriya arasında hüquqi yardım, təhsil, miqrasiya, əmək və digər sahələrdə əlaqələrin gücləndirilməsi istiqamətində təkliflər barədə fikir mübadiləsi aparılıb.

Əlaqəli Xəbərlər