Tramp: İran üçün hər şey bitib
Operativ Media
ABŞ-nin səyləri nəticəsində 200-dən çox kommersiya gəmisi Hörmüz boğazından təhlükəsiz şəkildə keçib.
Operativ Media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
O qeyd edib ki, ötən ay ABŞ Silahlı Qüvvələrinə neft tankerləri və kommersiya gəmilərinin Hörmüz boğazından müşayiət olunması ilə bağlı məxfi missiya tapşırılıb və bu əməliyyat nəticəsində 100 milyondan çox barel neft açıq bazara çıxarılıb.
Trampın sözlərinə görə, bu uğur Hörmüz boğazında nəzarətin ABŞ tərəfindən təmin olunması ilə bağlıdır.
“Onların ordusu darmadağın edilib, iqtisadiyyatı isə məhv olub. İran üçün hər şey bitib”, – deyə o əlavə edib.