Menyu

Miozit nədir və necə müalicə olunur?

Ayşən Sadıxzadə
Miozit nədir və necə müalicə olunur?

Miozit skelet əzələlərinin iltihabı ilə xarakterizə olunan xəstəliklər qrupudur. Xəstəlik əzələ zəifliyi, ağrı, tez yorulma və gündəlik fəaliyyətlərin icrasında çətinliklərlə özünü göstərə bilər. Bəzi hallarda pilləkən çıxmaq, oturub-durmaq və ya qolları yuxarı qaldırmaq belə çətinləşə bilər.

Bu sözləri Operativ Media-ya açıqlamasında fizioterapevt Əziz Dərvişov deyib.

O bildirib ki, miozitin müalicəsi kompleks yanaşma tələb edir və reabilitasiya bu prosesin vacib hissəsidir. Düzgün planlaşdırılmış fizioterapiya proqramı əzələ funksiyasının qorunmasına, hərəkət məhdudiyyətinin azaldılmasına və fiziki fəaliyyət səviyyəsinin artırılmasına kömək edir:

“Reabilitasiya proqramına adətən:

● Hərəkət amplitudasını qoruyan məşqlər

● Əzələ elastikliyini artıran gərmə məşqləri

● Fərdi şəkildə təyin olunan gücləndirici məşqlər

● Dözümlülüyü artıran yüngül aerob fəaliyyətlər daxil edilir.

Məşqlərin intensivliyi xəstəliyin mərhələsinə və pasiyentin ümumi vəziyyətinə uyğun seçilməlidir. Aktiv iltihab dövründə həddindən artıq yüklənmə əlamətlərin artmasına səbəb ola biləcəyindən reabilitasiya mütləq mütəxəssis nəzarəti altında aparılmalıdır.

Erkən diaqnoz, uyğun tibbi müalicə və düzgün reabilitasiya yanaşması miozitli pasiyentlərdə funksional bərpanın və həyat keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayır”.

Əlaqəli Xəbərlər