Konqo Demokratik Respublikasında (KDR) həkimlər Ebola qızdırmasının yayılması və laboratoriya test ləvazimatlarının çatışmazlığı səbəbindən tətilə başlayıblar.
Operativ Media xəbər verir ki, bu barədə "SBS News" məlumat yayıb.
Nəşr həkimlərin daha yüksək əmək haqqı, iş şəraitinin yaxşılaşdırılması və ölkənin səhiyyə sektoruna investisiyaların artırılmasını tələb etdiklərini bildirir. Hökumət nümayəndələri ilə həmkarlar ittifaqları arasında danışıqlar davam edir.
Tətilə baxmayaraq, regiondakı təcili yardım xidmətləri həssas xəstələrə tibbi yardım göstərmək üçün işlərini davam etdirir.